Həftənin ilk iş gününün HAVASI
.jpg)
Fevralın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən xəbərə görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Gecə temperaturu: 4-7° isti
Gündüz temperaturu: 7-9° isti
Atmosfer təzyiqi: 765 mm civə sütunu
Nisbi rütubət: gecə 75-85 %
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Gecə temperaturu: 0-5° isti
Gündüz temperaturu: 8-13° isti
Dağlıq rayonlarda gecə temperaturu: 5-10° şaxta
Gündüz temperaturu: 3° şaxtadan 2°-dək isti.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре