Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan etdi

Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan edib.

Day.Az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

 

Məlumata görə, Paşinyan yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinin zəruri olduğunu bildirib.

O, səsvermənin vaxtını açıqlamayıb.