"PAŞA Holding"in dəstəyi ilə "Woman Bazaar - Dayanıqlı İnkişaf Proqramı 4" Festival Günləri keçiriləcək

"Woman Bazaar" Dayanıqlı İnkişaf Layihəsi çərçivəsində, 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş festival qadınların dayanıqlı sahibkarlıq fəaliyyətlərini dəstəkləmək və onların iqlim dəyişikliyi ilə mübarizədəki rolunu vurğulamaq məqsədilə 50 yaşa qədər olan həssas qruplardan 60 qadın sahibkarı (15-i regionlardan olmaqla) dəstəkləyəcək.
Festival öncəsi həssas qrupdan olan qadın sahibkarların bilik və bacarıqlarını artırmaq üçün brendinq, sosial media strategiyası, rəqəmsal marketinq, satış texnikaları və digər biznes yönümlü mövzularda təlimlər təşkil olunub. Həmçinin, onların bizneslərini inkişaf etdirmək və satış strategiyalarını təkmilləşdirmək üçün onlayn mentorluq dəstəyi göstərilib.
"PAŞA Holdin"in dəstəyi ilə artıq dördüncü dəfə təşkil olunan festivalın əsas məqsədi həssas qrup qadın sahibkarların fəaliyyətlərini gücləndirmək, dayanıqlı biznes modellərinin inkişafına töhfə vermək və ekoloji həssaslıqla istehsal edilən məhsulları təşviq etməkdir.
Festival tarixi və məkanı:
- 1 mart, saat 14:00 - 19:00
- 2 mart, saat 12:00-19:00
Məkan: Passage 1901 (Nigar Rəfibəyli 12/14, Baku, Azerbaijan)
Bu festival sadəcə bir yarmarka deyil, həm də qadın sahibkarların güclənməsinə və yeni imkanlar qazanmasına dəstək olmaq üçün unikal bir fürsətdir.
Qeyd edək ki, qadın sahibkarlığı mövzusu "PAŞA Holding"in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə "PAŞA Holding" və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura AFAQ layihəsi, Ana Sahibkar, "Women Bazaar" layihələri daxildir.
Qeyd edək ki, ötən il "PAŞA Holding" Azərbaycanın voleybol üzrə milli yığma komandasını da dəstəkləyib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре