Azərbaycanda hamilə qadın və bətnindəki körpə

Göygöl rayonunda gənc qadın və bətnindəki körpəsi doğuş zamanı ölüb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Murovdağ qəsəbəsində yaşayan Kəlbəcər rayon sakini N. Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya qəbul olunsa da, təxminən 30 dəqiqə sonra həyatını itirib.

Həmin vaxt onun bətnindəki körpə də vəfat edib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma başlanılıb.