Murad Dadaşovdan Vüsaləyə efirdə gözlənilməz sürpriz

"Xəzər Media Mərkəzi"nin rəhbəri, Xalq artisti Murad Dadaşov aparıcı Vüsalə Əlizadəyə efirdə gözlənilməz sürpriz edib.

Day.Az OLAY-a istinadən xəbər verir ki, buna səbəb Vüsalənin aparıcısı olduğu "İncə səhər" verilişinin 400-cü buraxılışıdır.

Dadaşov studiyaya daxil olaraq sözügedən proqramın heyətini təbrik edib.

Əlizadənin ünvanına təriflər yağdıran kanalın rəhbəri bildirib ki, tezlikdə Vüsalə "Xəzər" televiziyasında yeni axşam şousu ilə tamaşaçıların qarşısına çıxacaq.