Qarın qarın hündürlüyü 1 m-ə çatıb, hərəkət çətinləşib

Şimal-qərb bölgəsində qarlı-şaxtalı hava davam edir, bəzi ərazilərdə qarın hündürlüyü 1 m-ə çatıb.
Day.Az-ın məlumatına görə, fevral ayının 19-u axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qarlı-şaxtalı hava şəraiti davam edir.
Fevralın 28-i axşam saatlarından başlayaraq bölgəyə qarın yağması intensivləşib. Bəzi yaşayış kəndlərində qarın hündürlüyü 1 metrə çatıb.
Oğuz rayonu Fifilli kəndindən aldığımız məlumata əsasən, ötən gün axşamdan başlayaraq qarın yağması intensivləşib, gecə ərazində 40 sm hündürlüyündə qar yağıb. Əvvəlki günlərdə yağan qarla birlikdə hazırda kənddə qarın hündürlüyü 1 metrə çatıb, bəzi hissələrində isə 1 metri keçib. Kənddaxili yollarda gediş-gəliş çətinləşib.
Bölgənin Qax rayonunda bir-neçə yaşayış məntəqəsində qarın yağması intensivləşib. Qaxın Qaşqaçay, Sarıbaş və İlisu kəndlərind qarın hündürlüyü 80 sm təşkil edir. Hazırda bölgəyə qarın yağması davam edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре