Bakıda Neft Emalı Zavodundakı yanğınla bağlı YENİ XƏBƏR

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb edilmişdi. Ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülmüşdü.

Bundan əlavə, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası da cəlb edilmişdi.

XXX

11:31

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq FHN Mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

Bundan əlavə, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

XXX

10:14

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq FHN Mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

"Əlavə məlumat veriləcək", - deyə FHN-dən bildirilib.