https://news.day.az/azerinews/1734587.html
Tonqal avtomobilin yanmasına səbəb oldu - VİDEO
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının qarşısında avtomobil yanıb. Day.Az xəbər verir ki, ilkin məlumata görə yanğına səbəb həmin ərazidə yandırılan tonqal olub. Belə ki, axşamdan yandırılan tonqal yaxşı sönməyib.
Tonqal avtomobilin yanmasına səbəb oldu - VİDEO
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının qarşısında avtomobil yanıb.
Day.Az xəbər verir ki, ilkin məlumata görə yanğına səbəb həmin ərazidə yandırılan tonqal olub.
Belə ki, axşamdan yandırılan tonqal yaxşı sönməyib. Klinikanın həkimi bilmədən avtomobilini tonqal qalıqları olan ərazidə saxlayıb və avtomobil yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре