https://news.day.az/azerinews/1734671.html
Xocavənddə əlində qumbara partlayan gəncin barmaqları amputasiya olunub
05.03.2025-ci il tarixində saat 13:30 radələrində Xocavənd rayonunda baş verən partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü (kişi cinsli) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Xocavənddə əlində qumbara partlayan gəncin barmaqları amputasiya olunub

05.03.2025-ci il tarixində saat 13:30 radələrində Xocavənd rayonunda baş verən partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü (kişi cinsli) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.
"Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib. Vəziyyəti stabil olaraq qiymətləndirilir",- deyə məlumatda qeyd edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре