Ağdamda növbəti mərhələ üzrə yaşayış binaları tikiləcək – 19,3 milyon manatlıq LAYİHƏ
Ağdam şəhərində 4 nömrəli yaşayış massivi üzrə daha bir neçə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri həyata keçiriləcək.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi artıq bununla bağlı müvafiq işlərə yekun vurub.
Belə ki, yaşayış binalarının tikintisi qeyd olunan yaşayış massivinin 9 və 10-cu məhəllələri üzrə aparılacaq.
Qurum sözügedən işlərin icrasını "Merkuri-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 19,3 milyon manat ödənilib.
Bir müddət əvvəl qurum qeyd olunan yaşayış massivinin 1,2,3,4,5,6,7 və 8-ci məhəllələri üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri ilə bağlı müvafiq işlərə start verildiyini və 137,2 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırmışdı.
Qeyd edək ki, 4 nömrəli yaşayış massivinin 9 və 10-cu məhəllələri üzrə işləri icra edəcək şirkət - "Merkuri-İnşaat" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре