Azərbaycanda zəlzələ olub

Azərbaycanın cənub bölgəsində baş verən zəlzələ Yardımlı və Lerikdə hiss edilib.

Day.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.

---------
08:38

Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.

Day.Az bildirir ki, bu barədə zəlzələlərin tədqiqatı bürosunun məlumat yayıb.

Yerli vaxtla 07:49-da qeydə alınan yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.

Xatırladaq ki, bir neçə saat öncə İsmayıllıda da zəlzələ baş vermişdi.