Əhaliyə XƏBƏRDARLIQ

Martın 19-dək sağlamlığa və avadanlıqların işinə təsir edə biləcək bir sıra maqnit qasırğaları yaşayacağıq.

Day.Az lent.az-a istinadən xəbər verir ki, qasırğaların pik nöqtəsi martın 11-dən 14-dək geomaqnit aktivliyin Kp 5-ə çatdığı vaxt olacaq. Digər günlərdə qasırğa daha zəif, Kp indeksləri 3-4 olacaq.

Ayın 11-dək indeksi Kp 3 olan qasırğa olacaq, sonra martın 11-dən 14-dək Kp 5-ə qədər güclənəcək.

Martın 14-dən 16-dək güc Kp 4-ə qədər azalacaq.

Martın 16-dan 18-dək Kp 3 indeksi ilə daha bir qasırğa olacaq. Martın 18-dən 19-dək tufan yenidən Kp 3-ə, martın 19-dan sonra isə Kp 2-yə qədər zəifləyəcək.

Sağlamlığınıza təsirini minimuma endirmək üçün bu tövsiyələrə əməl edin:

Güclü fiziki fəaliyyətdən çəkinin və spirt və kofein qəbulunu (yaşıl çay daxil olmaqla) məhdudlaşdırın.

Yuxu cədvəlinə riayət edin və kifayət qədər yuxu almağa çalışın.

Kalori qəbulunuzu üçdə bir qədər azaldın və emosional vəziyyətinizi izləyin. Xroniki xəstəlikləriniz varsa, qan təzyiqinizi izləyin və lazım olduqda qanı durulaşdırmaq üçün aspirin kimi dərmanlar qəbul edin.

Avadanlıqlarınızın vəziyyətinə diqqət yetirin - qasırğadan əvvəl cihazları doldurun və istifadə etmədiyinizləri söndürün.

Daha həssas cihazlar da ferromaqnit qalxanlarından istifadə etməklə qoruna bilər.