Azərbaycan və AEBA radioaktiv materialların aşkarlanması sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Vyanada səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Nüvə təhlükəsizliyi bölməsinin direktoru Yenela Buqlova ilə görüşüb.

Day.Az xəbər verir ki, görüş zamanı nüvə və radioaktiv materialların qanunsuz daşınması və dövriyyəsinə qarşı mübarizədə Azərbaycan gömrük orqanları tərəfindən görülən tədbirlər barədə məlumat verilib, bu sahədə gömrük orqanlarının əməkdaşlarının potensialının artırılmasında AEBA ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.