Faciəvi şəkildə ölən 23 yaşlı Sevil 1 gün əvvəl işə düzəlibmiş... - FOTO
.jpg)
Xəbər verdiyimiz kimi, TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə qəzaya düşərək vəfat edib.
S. Abdullazadənin qəzaya düşməzdən 1 gün öncə işə düzəldiyi məlum olub.
Day.Az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Sevilin əmri martın 11-də verilmişdi. Həmçinin S. Abdullazadə yaşasaydı aprelin 1-də ad gününü qeyd edəcəkmiş.
Xatırladaq ki, o, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
Qeyd edək ki, hadisə martın 12-də 22:30-da Günəşlidə baş verib. Qəza zamanı iki nəfər xəsarət alıb, bir nəfər isə vəfat edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре