Bakıda tanınmış restoranda baş verən yanğın söndürülüb - VİDEO
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Bu barədə Day.Az-a FHN-dən məlumat verilib.
XXX
10:01
Bakı şəhərinin Xətai rayonunda tanınmış restoranlardan birində tüstülənmə baş verib.
Day.Az xəbər verir ki, tüstülənmə "Əhmədli" metrostansiyasının yaxınlığında yerləşən "BORANI" restoranında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре