https://news.day.az/azerinews/1737608.html
Ağdərədə yanğın baş verib, geniş sahəyə yayılmasının qarşısı alınıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdərə rayonu, Çıldıran və Çapar kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Ağdərədə yanğın baş verib, geniş sahəyə yayılmasının qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdərə rayonu, Çıldıran və Çapar kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmadan söndürülüb.
Yanğın nəticəsində 80 hektar sahədə quru ot və xəzəl, 40 ədəd qurumuş ağac yanıb. Lakin sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре