"BMW" ilə "drift" edən qızın sürücülük vəsiqəsi əlindən alındı - VİDEO

İstanbulun Kadıköy səmtində avtomobili ilə "drift" edən sürücü bu hərəkətinə görə sərt şəkildə cəzalandırılıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, yol hərəkəti qaydalarını pozan sürücünün sürücülük vəsiqəsi əlindən alınıb və ona 48 min lirə cərimə tətbiq edilib.
Kadıköydə avtomobili ilə drift edərək görüntülərini sosial mediada paylaşan sürücünün kimliyi yol hərəkətinə nəzarət şöbəsinin virtual patrul qrupları tərəfindən müəyyənləşdirilib. Polis tərəfindən saxlanılan M.N.Ç. adlı sürücünün sürücülük vəsiqəsi 60 gün müddətinə əlindən alınıb və ona 48 min lirə cərimə yazılıb.
Qeyd edək ki, Bağdat caddesində gecə saatlarında avtomobili ilə drift edərək çəkdiyi görüntüləri "Ana, atamla necə tanış oldunuz? Prospektdə "drift" edərkən onun maşınına çırpıldım" sözləri ilə sosial mediada paylaşan sürücü təxminən 2 min manat cərimələnib və sürücülük vəsiqəsi 60 gün müddətinə əlindən alınıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре