Süni intellektin tətbiqi ilə bağlı xarici investisiyalar cəlb ediləcək, 3 pilot layihə həyata keçiriləcək

Azərbaycanda ölkə üzrə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə tədbirlər görüləcək.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nda öz əksini tapıb.
Tədbirin əsas icraçı qurumu kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi təyin edilib.
Təlimlərin icra müddəti 2025-2028-ci illəri əhatə edəcək.
Yerli və xarici investisiyaların müəyyən edilmiş prioritet sektorlara cəlb olunması, müəyyən edilmiş prioritet sektorlar üzrə azı 3 pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре