DYP sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Day.Az-in məlumatına görə, müraciətdə deyilir:
"Bayram günləri insanlara sevinc, xoşbəxtlik və unudulmaz anlar bəxş etməlidir. Lakin təəssüf ki, bəzi sürücülər bayram günlərində şəhərdaxili yollarda nəqliyyatın nisbətən az olmasını fürsət bilib sürət həddini aşır, təhlükəli manevrlər edir və digər kobud qayda pozuntularına yol verirlər. Bu cür məsuliyyətsiz davranışlar ağır yol qəzalarına səbəb olaraq bayram sevincini faciəyə çevirə bilər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək yol hərəkəti təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, ehtiyatsızlıq və tələskənlikdən çəkinməyə çağırır.
Unutmayın ki, bayram süfrəsində yaxınlarınızla bir yerdə olmaq üçün ən vacib şərt yollarda təhlükəsiz hərəkət etməkdir.
Bayramı sevinc içində keçirmək üçün qaydalara əməl edin, özünüzü və başqalarını qoruyun!"
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре