Asiya İnkişaf Bankının ötən il Azərbaycana yatırdığı investisiyaların həcmi açıqlanıb

Ötən il Asiya İnkişaf Bankının Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 21,44 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

 

Hesabat ilində Azərbaycanda birbaşa xarici investisiyaların ümumi həcmində Asiya İnkişaf Bankından yatırılan investisiyaların payı 0,3% təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir. Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır.