Ağsuda 4 otaqlı ev yanıb

Ağsu rayonunun Hacıuşağı kəndində ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb.

Bu barədə Day.Az-а Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.