Gəncədə bir neçə nəfər suşidən zəhərləndi

Gəncədə bir neçə nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, onların suşidən zəhərləndiyi ehtimal olunur.

Suşidən zəhərləndiyi ehtimal olunan şəxslərin kimliyi məlum olub.

Əldə etdiyimiz məlumata görə, onlar 2002-ci il təvəllüdlü T.Cabbarzadə, 2001-ci il təvəllüdlü G.Əmiraslanova və 2004-cü il təvəllüdlü K.Kərimovadır.