Türkiyədə dövriyəyə 7 milyon dollar saxta pul daxil etməyə çalışan dəstə ifşa olunub

Türkiyənin Mersin vilayətində saxta dollar əskinaslarının kütləvi çapı ilə məşğul olan gizli mətbəə ifşa olunub.

Day.Az türk KİV-lərinə istinadən xəbər verir ki, yerli hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı 7 milyon dollara yaxın saxta pul müsadirə olunub.

Məlumata görə, gizli mətbəə quraraq saxta pullar istehsal etməkdə şübhəli bilinən 3 nəfər həbs olunub.

Araşdırmalar zamanı saxlanılardan birinin bu saxta əskinasları bazara çıxardığı, digərinin isə kuryerlik etdiyi məlum olub.

Digər şübhəlilər yaşadıqları ünvanlarında saxlanılaraq nəzarətə götürülüb.