Fransada bank işçiləri tətilə çıxıblar

İnsanların düşündüklərinin əksinə olaraq, biz varlı deyilik.

Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Fransanın "Societe Generale" bankının etiraz nümayişinə çıxan əməkdaşları səsləndiriblər.

Məlumata görə, Fransa Demokratik Əmək Konfederasiyasının (CFDT) məlumatına görə, 1990-cı ildən bəri ilk dəfə olaraq həmkarlar ittifaqları milli tətil günü elan edib.

Tətilçilər 2024-cü ildə qrupun 4 milyard avro qazanc əldə etdiyini nəzərə alaraq, hazırkı vəziyyəti qəbul etməyin çətin olduğunu vurğulayıblar.

2023-cü ildə bu bankın "Crédit du Nord" bankı ilə birləşməsi 3700 iş yerinin ixtisarına və 600 filialın bağlanmasına səbəb olub. Bütün bunlar şirkət daxilində xüsusilə narahat mühit yaradıb.