https://news.day.az/azerinews/1740160.html
Atlantik okeanında 5,8 bal gücündə zəlzələ qeydə alınıb
Atlantik okeanında, Orta Atlantik silsiləsinin ekvator hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Day.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib. Məlumata əsasən, zəlzələnin episentri Braziliyanın Natal şəhərindən 958 km şimal-şərqdə yerləşib.
Atlantik okeanında 5,8 bal gücündə zəlzələ qeydə alınıb
Atlantik okeanında, Orta Atlantik silsiləsinin ekvator hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Day.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Braziliyanın Natal şəhərindən 958 km şimal-şərqdə yerləşib.
Episentrdə yeraltı təkanların intensivliyinə əsasən seysmik hadisə "dağıdıcı" kimi qiymətləndirilib.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,1 olaraq qiymətləndirib. Bildirilib ki, zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре