Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mətbuat konfransı keçirilib

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə"Kolonializm: Milli-dini kimliyin silinməsi" adlıbeynəlxalq konfransdan bir gün öncə mətbuatkonfransı keçirilib.

Trend xəbər verir ki, mətbuat konfransında Fransa və Niderlandmüstəmləkələrindən olan müstəqillik hərəkatlarınınnümayəndələri, dekolonizasiya üzrə ekspertlər, reparasiya məsələləri ilə məşğul olan mütəxəssislər vəinsan hüquqları müdafiəçiləri iştirak ediblər. TədbirdəQvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polinezyası, Mayot, eləcə də Valis vəFutunadan azadlıq hərəkatının tanınmış simaları biraraya gəlib.

Fransa hökuməti tərəfindən qeyri-qanuni həbs edilmişkanaklı siyasi məhbusların ailə üzvlərinin mətbuatkonfransına qatılması xüsusi diqqət çəkib. Onlar ailəüzvlərinin həbsinin siyasi motivli olduğunuvurğulayaraq, bunun Kanak xalqının azadlıq və özmüqəddəratını təyin etmə hüququnun qarşısınınalınmasına qarşı yönəldiyini və Fransa hökumətininmüstəmləkəçi siyasətinə qarşı çıxdıqları üçün hədəfəalındığını bildiriblər. Siyasi məhbusların ailələri Fransahökumətinin onların hüquqlarını kobud şəkildəpozduğunu, saxlanılma şəraitinin qeyri-insaniolduğunu və hüquqi müdafiə imkanlarınınməhdudlaşdırıldığını bildiriblər. Onlar beynəlxalqtəşkilatları təzyiq göstərməyə və məhbusların dərhalazad edilməsinə çağırıblar.

Tədbir iştirakçıları siyasi məhbusların müstəqillikhərəkatları üçün rəmzi əhəmiyyətini vurğulayaraq, buməsələnin ədalətli və təcili həllinin vacibliyini qeydediblər. Sadalanan faktlar Yeni Kaledoniyadamüstəqillik mübarizəsində insan hüquqlarıpozuntularının real vəziyyətinə diqqəti çəkib vəbeynəlxalq ictimaiyyətin müdaxiləsinin zəruriliyini birdaha qabardıb.

Qonaqlar müstəmləkəçiliyin davam edən təsirləri, milli və dini kimliyin qorunması istiqamətində görülən işlərvə müstəqillik hərəkatlarının üzləşdiyi təhdidlər barədəjurnalistlərin suallarını cavablandırıb, Azərbaycanındekolonizasiya prosesində qlobal rolunu yüksəkqiymətləndiriblər.