Ağsuda ağır qəza: 8 nəfər xəsarət aldı

23:29

28.03.2025-ci il tarixində saat 14 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasına 7 (2 qadın cinsli, 5 kişi cinsli) nəfər hospitalizasiya olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Day.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib.

Vəziyyəti qənaətbəxş olan 5 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Onların vəziyyətləri stabil qiymətləndirilir.

20:47

Ağsuda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az xəbər verir ki, ilkin məlumata əsasən hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hadisə zamanı Salmanova Elminaz, Zeynəb Salmanzadə, Əbülfəz Salmanov, Telman Cabbarov, Qurban Qurbanov, Hüseyn Hüseynov və Ramiz Şahbazov xəsarət alıblar.

Onlardan birinin vəziyyətinin orta-ağır olduğu bildirilir. DİN-İN Şəki regional qrupundan verilən məlumata görə faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır. /APA