İzmirdə kimya zavodunda partlayış

Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində kimya zavodunda partlayış və yanğın baş verib.

Day.Az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, partlayış və yanğından sonra bir nəfər ölüb, dörd nəfər isə ağır yaralanıb. Yanğın söndürülüb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.