https://news.day.az/azerinews/1740470.html
Tailand və Myanmadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətədanşları var? - RƏSMİ
Ötən gün Myanmada baş verən və Tailandda da hiss edilən güclü zəlzələ nəticəsində azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur. Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. "Azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur", - o bildirib.
Tailand və Myanmadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətədanşları var? - RƏSMİ

Ötən gün Myanmada baş verən və Tailandda da hiss edilən güclü zəlzələ nəticəsində azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur.
Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
"Azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur", - o bildirib.
Qeyd edək ki, ötən gün Myanmada 7,7 və 6,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Tailandda da hiss edilib və hər iki ölkədə fəsadlara səbəb olub.
Myanmada zəlzələ nəticəsində 1007 nəfər həlak olub, 2389 nəfər isə xəsarət alıb. Tailandda isə zəlzələ nəticəsində 10 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре