Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1700-ü ötüb

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1700 nəfəri ötüb.

Day.Az-ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası Myanma Dövlət İnzibati Şurasına istinadən məlumat yayıb.

Daha 3400 nəfər yaralanıb, 300-ə yaxın insan isə itkin düşüb.

Qeyd edək ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tayland Meteorologiya Departamentinin məlumatına görə, onun maqnitudası 8,2 olub.