Türkiyədə toyda kütləvi dava

Türkiyənin Adıyaman şəhərində toyda kütləvi dava baş verib. 

Day.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə şəhərin Besni adlı bölgəsində qeydə alınıb.

Belə ki, kənd meydanında baş tutan toy zamanı iki qrup arasında mübahisə daha sonradan davaya çevrilib. Tərəflərin bir-birinə bıçaq və digər predmetlərlə hücum etməsi nəticəsində 9 nəfər yaralanıb.

İnsidentdə iştirak etməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb. Davanın səbəbi isə açıqlanmayıb.