Bakı və Sumqayıtda silah-sursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Day.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Nərimanov rayonunda və Sumqayıt şəhərində vətəndaşlar 2 ədəd avtomat silahını könüllü olaraq polisə təhvil veriblər.

Araşdırmalar aparılır.