Bu nazirlik iki yüksəkvəzifəli şəxsin fəaliyyətinə xitam verdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının strukturunda və ştat vahidlərinin struktur bölmələri üzrə bölgüsündə təkmilləşdirmələr aparılıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Məlumata görə, eyni zamanda Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev və nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin fəaliyyətlərinə xitam verilib.

Qeyd edilib ki, sözügedən şəxslərin dövlət qulluğuna öz istəkləri ilə xitam verilib.