Bir ayda debet kartları ilə aparılan əməliyyatların həcmi 10 milyard manatı ötüb

Cari ilin fevral ayında debet kartları ilə aparılan əməliyyatların sayı 158,7 milyon ədəd, həcmi isə 10,2 milyard manat olub.
Day.Az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu məbləğin 3,3 milyard manatı bankomatlar vasitəsilə, 940 milyon manat POS-terminallar vasitəsilə, 5,7 milyard manatı elektron ticarət vasitəsilə, 2,9 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə aparılan əməliyyatların payına düşüb.
O cümlədən, fevralda debet kartları ilə aparılan ölkəxarici əməliyyatların sayı 5,7 milyon ədəd, həcmi isə 232 milyon manat təşkil edib ki, bunun da 11 milyon manatı nağd pulun çıxarılmasının, 221 milyon manatı isə nağdsız ödənişlərin payına düşüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре