https://news.day.az/azerinews/1741982.html
13 yaşlı məktəbli Gəncədə tapıldı
Tovuzda itkin düşən məktəbli tapılıb. Day.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
13 yaşlı məktəbli Gəncədə tapıldı

Tovuzda itkin düşən məktəbli tapılıb.
Day.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Süleymanovanın yeri Gəncə şəhərində müəyyən edilərək Tovuz Rayonuna gətirilib.
Hazırda ailəsinə təhvil verilməsi gözlənilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре