Ticarət müharibəsi: Çin ABŞ mallarına rüsumu artırıb

Çin hökuməti Trampın sərt gömrük ölçülərinə cavab olaraq ABŞ mallarına 34% həcmində əlavə gömrük rüsumunun tətbiq olunması ilə bağlı qərar qəbul edib.

Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər Çinin Kommersiya Nazirliyinə istinadən məlumat yayıb.

 

Məlumata görə, bu ölçünün Vaşinqtonun bundan əvvəl elan etdiyi "rüsumlara" cavab tədbiri olduğu xüsusi olaraq vurğulanır. Yeni idxal rüsumları aprelin 10-dan etibarən qüvvəyə minəcək.

Bundan başqa, Çin kommersiya nazirliyi bildirib ki, yüksək texnologiyalı məhsulların, o cümlədən kompüter çiplərinin hazırlanmasında istifadə olunan nadir metalların yeddi növünün ixracat nəzarətinin gücləndirilməsi ilə bağlı qərar qəbul olunub.