Maks Ferstappen "Formula-1" üzrə Yaponiya Qran-prisinin qalibi olub

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Suzuka" avtodromunda keçirilmiş yarışda finiş xəttinə birinci çatıb.
Day.Az xəbər verir ki, "Formula-1" üzrə dünya çempionatının üçüncü mərhələsində ikinci yeri "McLaren"in britaniyalı pilotu Lando Norris tutub. İlk üçlüyü isə onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri tamamlayıb.
Lando Norris şəxsi hesabda 62 xalla liderdir, ikinci və üçüncü yerləri müvafiq olaraq, Maks Ferstappen (61 xal) və Oskar Piastri (49 xal) tuturlar.
Konstruktorlar kubokunda isə ilk üçlük aşağıdakı kimidir: "McLaren" (111 xal), "Mercedes" (75 xal) və "Red Bull" (61 xal).
Dünya çempionatının dördüncü mərhələsi aprelin 11-13-də Bəhreyndə keçiriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре