Gimnaziada: Millimiz ilk medalını qazanıb

Azərbaycan millisi Zlatoborda keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında ilk medalını qazanıb.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu uğura qılıncoynadanımız Gəray Məmmədli imza atıb.

O, sablya növündə bürünc medala yiyələnib.

Məmmədli yarımfinalda iranlı Muhəmmədmətin Şahidi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin 15:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər idmançılarımız Abdulmalik Nəsibzadə və Nəcəf Şabanlı isə 1/4 finalda mübarizəni dayandırıblar.