Azərbaycan yeniyetmə boks komandası Özbəkistana yollanıb

Yeniyetmə qız və oğlan boksçulardan ibarət Azərbaycan millisi Özbəkistana təlim-məşq toplanışı keçmək üçün yola düşüb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

 

Hər iki komanda Daşkənddə yerli idmançılarla birgə təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesi bu gün başlayıb və aprelin 17-dək davam edəcək. Toplanış çərçivəsində sınaq döyüşləri də təşkil olunacaq.

Bu toplanış, boksçularımızın hazırlığını daha da gücləndirmək məqsədini daşıyır.