Azərbaycanın güləşçiləri Serbiyada gümüş və bürünc medallar qazanıblar

18:06

Azərbaycanın sərbəst güləş komandası Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında uğurlu çıxışını davam etdirir.

Day.Az xəbər verir ki, təmsilçilərimizdən Fərid Hüseynli (52 kiloqram) və Məhəmməd Həsənli (62 kiloqram) gümüş, Tamerlan Namazlı (48 kiloqram) və Elcan Həsənov (57 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, daha əvvəl Elman İsmayılov (38 kiloqram) və İbrahim Həsənov (44 kiloqram) qızıl medallar, Hüseyn Rzazadə isə gümüş medal (41 kiloqram) əldə etmişdi. Bu nəticələr Azərbaycanın güləşçilərinin yüksək səviyyəli performansını nümayiş etdirir.

-----------
17:36

 

Serbiyanın Luçani şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında sərbəst güləş yarışlarına start verilib.

Day.Az xəbər verir ki, hal-hazırda Azərbaycan təmsilçiləri 3 medal qazanıblar.

38 kiloqram çəki dərəcəsində mübarizə aparan Elman İsmayılov və 44 kiloqram çəki dərəcəsində yarışan İbrahim Həsənov qızıl medal əldə ediblər. 41 kiloqram çəki dərəcəsində mübarizə aparan Hüseyn Rzazadə isə gümüş medal qazanıb.

Əvvəlki mərhələlərdə isə Azərbaycan komandası Gimnaziadada qılıncoynatmanın sablya növündə bir bürünc medal qazanıb.