İran Azərbaycan ilə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır - Fərzanə Sadiqi
İran Azərbaycan ilə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi aprelin 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.
İranın ölkəmizlə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən Fərzanə Sadiqi xalqlarımızın tarixi, mədəni, dini və qohumluq əlaqələrinin olduğunu bir daha vurğuladı.
Qonaq qeyd etdi ki, İran Prezidentinin ölkəmizə planlaşdırılan səfəri öncəsi Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsi gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре