Ağdamda avtomobil yanıb

Ağdam rayonunun Quzanlı qəsəbəsində "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.