Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,41% artıb
2025-ci ilin yanvar-mart ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 114,33 milyon manat və ya 8,41% artım qeydə alınıb.
Day.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,71 milyon manat və ya 11,53%, qeyri-büdcə təşkilatları üzrə isə 103,75 milyon manat və ya 12,05% artımla olub.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 104 milyon manat və ya 8,6 faiz artım qeydə alınıb. Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,4 milyon manat və ya 6,1 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 100 milyon manat və ya 13,1 faiz artımla olub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре