Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gəlib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşıladılar.