Ceyhun Bayramov yəmənli həmkarı ilə iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Yəmənin xarici işlər naziri Şaya Zindani ilə görüşüb.

Day.Az-in məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyi görüşün məzmunu barədə açıqlama yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında cari məsələləri və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Xəbər yenilənir