Sabahın hava

Aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var, mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə +7 dərəcədən +10 dərəcəyədək, gündüz +12 dərəcədən +16 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65% olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +5 dərəcədən 10 dərəcəyədək, gündüz +11 dərəcədən 16 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən +2 dərəcəyədək, gündüz +5 dərəcədən +10 dərəcəyədək olacaq.