“Cəmi 3-4 min pul yığılıb, maşın da hədiyyə edilməyib” - “Uçan taksi”nin sürücüsü - VİDEO
Bakıda ötən həftə BYD avtomobili ilə qəza törədən sürücü Anar Nəcəfov xəstəxanadan video paylaşaraq kart hesabına yüksək məbləğdə pul toplanması ilə bağlı deyilənlərə aydınlıq gətirib.
Day.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
O, əsəbi şəkildə bildirib ki, kartına 90 min manat pul yığılması və ona avtomobil hədiyyə edilməsi ilə bağlı deyilənlər yalandır: "Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir. O kart pulları başqalarına gedə bilər, bizim karta gəlməyib".
Qeyd edək ki, qəza bir neçə gün əvvəl Heydər Əliyev prospektində baş verib. "Bolt" taksi şirkətinə məxsus avtomobilin sürücüsü idatəetməni itirib, arakəsməni yararaq prospektdə hərəkətdə olan "Ford"a dəyib və yolun bu biri tərəfinə düşüb. Hadisə nəticəsində sürücü və sərnişini xəsarət alıb.
Qəzadan sonra sosial şəbəkələrdə sürücüyə kömək məqsədilə kart hesabı paylaşılaraq kampaniya başladılıb. Lakin bu, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Qəzaya səbəb olan və heç bir ağır xəsarət almayan sürücüyə pul yığılması sərt tənqid olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре