Himalay Məmişov maliyyə nazirinin müavini təyin edildi

Prezident İlham Əliyevin Sərəncamı ilə Himalay Qabil oğlu Məmişov maliyyə nazirinin müavini təyin olunub.

Bu barədə Day.Az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Himalay Məmişov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.