Bu ölkə Avropa İttifaqının Ukrayna üzrə planını qəbul etməyəcəyini təsdiqləyib

Budapeşt Avropa İttifaqının Ukrayna üzrə planını dəstəkləməyəcək.

Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Brüsseldə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

O, Aİ-nin Ukrayna üzrə yeni planının detallarını açıqlayıb.

"Plana əsasən, Ukrayna yalnız bu il ərzində silahlanma üçün 40 milyard avro (pul şəklində) və ümumi dəyəri 5 milyard avro olan 2 milyon ədəd mərmi şəklində silah almalıdır", - Siyarto qeyd edib.