Yağışa görə ali təhsil müəssisələrində dərslər təxirə salınıb?

Hava şəraiti ilə bağlı ali təhsil müəssisələrində dərslərin təxirə salınması ilə bağlı məlumat yoxdur.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

"Hələlik belə məlumatla rastlaşmamışıq", - deyə Agentlikdən bildirilib.

Qeyd edək ki, gecədən başlayan yağış ölkə ərazisində subasmalara səbəb olub. Yollarda məhdudiyyətlər tətbiq edilib.